Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın olacağı proqnozlaşdırılır.

Postxronika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Bildirilib ki, ölkənin bəzi rayonlarında iyulun 25-29-da havanın maksimal temperaturu 35-40 dərəcə təşkil edəcək. Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi ərazilərində isə temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir.