Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.


Postxronika.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.


Daha sonra Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim olunub.


Fəxri qarovul dəstəsinin rəisi dövlət başçılarına raport verib, Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib.


Rəsmi mərasim çərçivəsində Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.