Azərbaycan Hava Yolları (AZAL) 22 İyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib.

Postxronika.az xəbər verir ki, təbrikdə cəmiyyətin doğru, operativ və obyektiv informasiya ilə təmin olunmasında media nümayəndələrinin göstərdiyi peşəkarlıq və fədakar əməyin yüksək qiymətə layiq olduğu vurğulanıb.

Təbrikdə, həmçinin qeyd olunub ki, Azərbaycan Hava Yolları media ilə qarşılıqlı etimada və peşəkar əməkdaşlığa böyük önəm verir. Birgə fəaliyyətə görə media nümayəndələrinə təşəkkür edilərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və yaradıcılıq ilhamı arzulanıb.

Sonda isə “Milli Mətbuat Gününüz mübarək!” sözləri ilə təbrik çatdırılıb.