ABŞ şirkətləri xərcləri azaltmaq məqsədilə ən güclü süni intellekt modelləri əvəzinə daha sadə və ucuz həllərə üstünlük verməyə başlayıblar.

Postxronika.az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, iri və kiçik şirkətlər gündəlik işlərin yerinə yetirilməsi üçün bahalı və yüksək performanslı süni intellekt modellərindən istifadənin iqtisadi baxımdan səmərəli olmadığını düşünürlər. Bu səbəbdən onlar, o cümlədən Çin istehsalı olan daha əlçatan modellərə üstünlük verirlər.

Cursor startapının müştərilərlə iş üzrə direktoru Mayk Seyks vəziyyəti belə şərh edib: “Bu, yarış trası üçün hazırlanmış Lamborghini ilə süd almağa mağazaya getməyə bənzəyir”.

Qeyd edək ki, Anthropic və OpenAI son illərdə ən güclü süni intellekt modellərini hazırlamaq uğrunda rəqabət aparsalar da, biznes sektoru praktikada daha çox gündəlik tapşırıqlar üçün kifayət edən, qənaətli və sadə alətlərə ehtiyac duyur.