Beynəlxalq Kosmik Stansiyada 241 günlük missiyasını başa vuran “Soyuz MS-28” pilotlu kosmik gəmisinin beynəlxalq ekipajı Yerə uğurla eniş edib.

Postxronika.az xəbər verir ki, bu barədə Kazinform məlumat yayıb.
Bildirilib ki, eniş aparatı Qazaxıstanın Jezkazqan şəhərindən 147 kilometr cənub-şərqdə yerləşən əraziyə normal rejimdə enib.
Yerə “Roskosmos”un kosmonavtları Sergey Kud-Sverçkov və Sergey Mikayev, eləcə də NASA-nın astronavtı Kristofer Uilyams qayıdıblar. Ekipaj üzvlərinin səhhətinin yaxşı olduğu qeyd olunub.
Xatırladaq ki, “Soyuz MS-28” missiyası 2025-ci il noyabrın 27-də “Baykonur” kosmodromundan start götürmüşdü. Ekipaj 241 gün ərzində Yer ətrafında 3 856 dövrə vuraraq 164 milyondan çox kilometr məsafə qət edib.