Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti qeydə alınıb. Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, hazırda havada tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.  

Postxronika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.  

​Xidmət rəsmisi bildirib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakter daşıyır. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır.  

​Sinoptik şəraitlə əlaqədar tozlu havanın sabah günorta saatlarına qədər devam edəcəyi gözlənilir.