Güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan şəxs Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Postxronika.az Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müayinələr zamanı xəstəyə sağ mil sümüyünün distal ucunun oynaqdaxili sınığı diaqnozu qoyulub. Həkimlər tərəfindən ilkin zəruri tibbi yardım göstərildikdən sonra sınıq gips longetlə fiksasiya olunub.

​Xəsarət alan şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən müvafiq tövsiyələr verilərək ambulator müalicə üçün evə buraxılıb.

​Səhiyyə Nazirliyi küləkli hava şəraiti ilə əlaqədar vətəndaşlara iri ağacların, köhnə tikililərin və təhlükəli konstruksiyaların yaxınlığında dayanmamağı, zərurət olmadıqda açıq havada uzun müddət qalmamağı tövsiyə edir.