Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 27-də respublikanın şəhər, rayon polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Postxronika.az xəbər verir ki, Bakı şəhərində təşkil olunan sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclər arasından daha hazırlıqlı olan 167 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

​Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərini də uğurla başa vuraraq xidmətə qəbul ediləcək namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.