Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların daşıyıcısı “Azland Plaza” MMC tərəfindən xidmətin dayandırılması ilə bağlı müvəqqəti tədbirlər görülüb.
Postxronika.az xəbər verir ki, sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə iyulun 27-dən etibarən 161 nömrəli marşrutun istismarı müvəqqəti olaraq “Çinar Trans” MMC-yə, 162 nömrəli marşrutun istismarı isə “Xaliq Faiqoğlu” MMC-yə həvalə olunub.
Qeyd edilib ki, hər iki marşrut xətti yaxın günlərdə müsabiqəyə çıxarılacaq.