Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev Dünya Güləş Birliyi (UWW) tərəfindən beynəlxalq təyinat alıb.
Postxronika.az xəbər verir ki, I-S (güləşdə ən yüksək hakimlik kateqoriyası) dərəcəli referi iyulun 31-dən avqustun 2-dək Türkiyənin Kocaeli şəhərində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə keçiriləcək beynəlxalq turnirə UWW-nin rəsmi nümayəndəsi (deleqat) təyin olunub.
Asif Şirəliyev bildirib ki, bu təyinat ona göstərilən böyük etimadın göstəricisidir. Onun sözlərinə görə, nümayəndə vəzifəsi yalnız yüksək təcrübəyə, peşəkarlığa və idarəetmə bacarıqlarına malik hakimlərə həvalə olunur.
O qeyd edib ki, bu qərar həm Azərbaycan güləşinin, həm də ölkənin hakimlik məktəbinin beynəlxalq nüfuzunun növbəti təsdiqidir.
Qeyd edək ki, Asif Şirəliyev bundan əvvəl də Rusiya və Türkiyədə keçirilən müxtəlif beynəlxalq yarışlarda UWW-nin deleqatı kimi fəaliyyət göstərib.