Sərnişin tələbatının təmin edilməsi və sürətli gedişlərin təşkili məqsədilə iyulun 28-dən Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut xətti fəaliyyətə başlayır.

Postxronika.az xəbər verir ki, marşrut üzrə “BakuBus” MMC-yə məxsus 7 ədəd "Neoplan" markalı böyüktutumlu avtobus sərnişinlərə xidmət göstərəcək.

​Avtobuslar hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqəlik hərəkət intervalı ilə çalışacaq. Ödənişin nağdsız qaydada həyata keçiriləcəyi 195E nömrəli ekspres xəttində gedişhaqqı 1.50 AZN müəyyən edilib.