Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov finala vəsiqə qazanıb.

Postxronika.az  xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Litva idmançısı Benediktas Bubeleviçusa 4:2 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb.

​İ.Həsənov sabah keçiriləcək final görüşündə qızıl medal uğrunda xalça üzərinə çıxacaq.