İsrail ordusu Qəzza zolağında HAMAS-ın polis rəisini və “İslami Cihad” qruplaşmasının xüsusi təyinatlısını məhv edib.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Qəzzanın şimalında həyata keçirilən əməliyyat zamanı HAMAS-ın polis rəisi və hərbi qanadda tağım komandirinin müavini Əbdül Nasir əl-Məqədmə öldürülüb. Onun son aylarda İsrail hərbçilərinə və mülki əhalisinə qarşı hücumlar təşkil etdiyi vurğulanıb.
Bundan başqa, əməliyyat çərçivəsində “İslami Cihad” qruplaşmasının hərbi qanadına mənsub olan "Nuhba" xüsusi təyinatlı qüvvələrinin üzvü Əmr Əbu ər-Riş də zərərsizləşdirilib.