Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən “Ekopark” yaşayış kompleksində yanğın baş verib.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, hadisədən dərhal sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə bölmələri cəlb olunub.
Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış kompleksinin sakinləri təxliyə edilir. İlkin məlumata görə, yanğın binanın girişindəki elektrik naqillərində yaranıb.
Faktla bağlı araşdırma aparılır.