Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqustun 6-sı saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.
Postxronika.az xəbər verir ki, qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər mərhələlərdə çalışan şəxslər narahatlıq doğuran məsələlərlə bağlı Agentlik sədrinə müraciət edə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və əlaqə nömrəsini qeyd etməklə info@afsa.gov.az elektron poçt ünvanı, (+994 77) 100 32 56 telefon nömrəsi və ya "WhatsApp" vasitəsilə avqustun 5-i saat 16:00-dək qəbula yazıla bilərlər.