İşğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlara dövlət xidmətlərinin rahat və əlçatan təqdim olunması məqsədilə növbəti Səyyar ASAN xidmət Laçın şəhərində təşkil edilib.

Postxronika.az xəbər verir ki, iyulun 30-dək davam edəcək səyyar xidmət çərçivəsində sakinlər şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat, əmlak, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilərlər.

​Məqsəd yaşayış yerindən asılı olmayaraq, hər bir ölkə vətəndaşının dövlət xidmətlərinə rahat əlçatanlığını təmin etməkdir. Qeyd edək ki, Səyyar ASAN xidmət bu günədək Zəngilanın Ağalı, Ağdərənin Talış kəndlərində, habelə Cəbrayıl və Xankəndidə də analoji xidmətlər göstərib.