Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı ilk görüşünü qələbə ilə başa vurub.
Postxronika.az xəbər verir ki, 45 kq çəki dərəsində mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində bolqarıstanlı rəqibi Oqnyan Burqazova 9:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə idmançı mübarizə aparır. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.