Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb.
Postxronika.az xəbər verir ki, bu barədə V.Zelenski özünün Teleqram kanalında məlumat paylaşıb.
Ukrayna dövlət başçısı səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp, onun komandası və müdafiə sahəsində dəstək göstərə biləcək digər rəsmi şəxslərlə görüşəcəyini bildirib. O, əsas prioritetlərin antiballistik müdafiə sistemləri və ABŞ ilə strateji əməkdaşlıq olduğunu vurğulayıb.
V.Zelenski, həmçinin amerikalı senator Lindsi Qremin dəfn mərasimində də iştirak edəcəyini qeyd edib.