Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov ilk görüşünü qələbə ilə başa vurub.
Postxronika.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz təsnifat mərhələsində Qazaxıstan idmançısı Nurali Askarı 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən yarışda 60-dan çox ölkədən 700-ə yakın yeniyetmə pəhləvan mübarizə aparır. Azərbaycanı mundialda 29 güləşçi təmsil edir.