Məşhur repçi Elşad Xosenin səhhətində ciddi problem yarandığı iddia olunur.

Postxronika.az xəbər verir ki, yayılan məlumatlara görə, sənətçi bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

İddialara əsasən, hazırda reperin vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı hələlik sənətçinin yaxınları və ya rəsmi qurumlar tərəfindən heç bir açıqlama verilməyib.