Azərbaycan ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə təsdiqlənib.
Postxronika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanunu imzalayıb.
Qeyd edək ki, sözügedən müqavilə 2026-cı il aprelin 25-də Qəbələ şəhərində imzalanıb. Sənəd iki ölkə arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı hüquqi yardımın həyata keçirilməsini nəzərdə tutur.