Cari ilin ilk altı ayında Azərbaycandan Tunisə xam neft ixracı əhəmiyyətli dərəcədə artıb.

Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, yanvar–iyun aylarında Azərbaycandan Tunisə 307 min 167,03 ton xam neft ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə və ya 181 min 492,68 ton çoxdur.

Hesabat dövründə ixrac olunan xam neftin dəyəri də illik müqayisədə 2,8 dəfə artaraq 187 milyon 605,08 min ABŞ dollarına çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 119 milyon 670,6 min ABŞ dolları çoxdur.

Altı ay ərzində Tunisin Azərbaycanın ümumi xam neft ixracındakı payı 3 faiz təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar–iyun aylarında Azərbaycandan Tunisə 125 min 674,35 ton xam neft ixrac olunmuş, ixracın dəyəri isə 67 milyon 934,47 min ABŞ dolları təşkil etmişdi.