İrandan Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin keçirilməsi cəhdinin qarşısı alınıb.

Postxronika.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram marixuana, həmçinin 790 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Ümumilikdə, əməliyyat zamanı 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd narkotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə ölkəyə keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.