Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 12-də keçirdiyi qəbul imtahanında I və IV ixtisas qrupları üzrə ən yüksək nəticə göstərən abituriyentlər müəyyənləşib.
Postxronika.az DİM-ə istinadən xəbər verir ki, imtahanda I ixtisas qrupu üzrə maksimum nəticə olan 400 balı 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər toplayıb.
İki mərhələnin yekun nəticələrinin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək göstəricini (697,5 bal) Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Zəfər Həsənli və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin məzunu Aysu Məhərrəmli göstəriblər. IV ixtisas qrupu üzrə isə maksimum nəticəni (700 bal) Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadə əldə edib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul müsabiqəsi birinci mərhələdə toplanılan maksimum 300 bal və ikinci mərhələdəki 400 balın cəmi əsasında aparılır.