Yaponiya Parlamenti Müşavirlər Palatasının üzvü Miçiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Postxronika.az "ASAN xidmət"ə istinadən xəbər verir ki, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan mərkəzlər və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.
Görüşdə “ASAN xidmət”in BMT-nin Dövlət Xidmətləri Mükafatı (2015), rəqəmsal idarəetmə sahəsində xüsusi mükafatı (2019) və “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” nominasiyası üzrə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı”na (2023) layiq görüldüyü xatırladılıb. Qabaqcıl təcrübənin hazırda 35-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, “Bilim Bakı” mərkəzi və "ABAD"ın fəaliyyəti ilə yaxından tanış olub.