Mədəniyyət Nazirliyinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə I sinfə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.  

Postxronika.az xəbər verir ki, namizədlər nəticələri "MyCulture" vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə öyrənə bilərlər.  

​Qəbul olunan şəxslər tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək "MyCulture" şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.