​Avqustun 7–9-da Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku baş tutacaq.

Postxronika.az xəbər verir ki, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq.

​İdmançılar U15 kateqoriyasında 40 metr, U18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər. Təqvimə əsasən, avqustun 7-də sınaq atışları və məşqlər, 8-də əsas təsnifat və seçmə mərhələlər, 9-da isə final görüşləri keçiriləcək.

​Sonda fərqlənən idmançılar medal, diplom və federasiya tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.