Bakıda keçirilən U-17 dünya çempionatında bu gün Azərbaycanın 4 qadın güləşçisi xalça üzərinə çıxacaq.  

Postxronika.az xəbər verir ki, 1/8 final mərhələsində Vəfa Orucova (43 kq) Rumıniya təmsilçisi Valia Harsanla, Nəzrin Əhmədli (49 kq) isə Almaniya idmançısı Madina Bayramova ilə qarşılaşacaq. Təsnifat mərhələsində isə Qaratel Quliyeva (57 kq) isveçrəli Delya Qislerlə, Rəna Nuriyeva (65 kq) isə Meksika təmsilçisi Silviya Espinoza Munizlə qüvvəsini sınayacaq.  

​Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dunya çempionatında 60-dan çox ölkədən 700-ə yakın yeniyetmə pəhləvan iştirak edir. Azərbaycanı yarışda 29 idmançı təmsil edir.