Azərbaycan Dəmir Yollarının (ADY) “ADY Mobile” mobil tətbiqi 500 min yüklənmə sayını ötərək sərnişinlərin səyahətini daha rahat və sürətli edir.
Postxronika.az ADY-yə istinadən xəbər verir ki, tətbiq vasitəsilə sərnişinlər qatarların hərəkət cədvəlini izləyə, beynəlxalq, ölkədaxili və Abşeron dairəvi dəmir yolu marşrutlarına bilet ala və onları yaxınları ilə PDF formatında bölüşə bilirlər.
Tətbiq vasitəsilə satışlarda da kəskin artım qeydə alınıb. Belə ki, 2023-cü ilin noyabrında ölkədaxili bilet satışlarının 11%-i tətbiqin payına düşdürsə, 2026-cı ilin iyun ayında bu göstərici 50%-ə çatıb. Bundan başqa, tətbiqdəki "SİMA Pay" (üz tanıma ilə ödəniş) funksiyasını artıq 10 minə yaxın istifadəçi aktivləşdirib.
Platformanın imkanlarının növbəti dövrdə yeni funksiyalarla daha da genişləndirilməsi planlaşdırılır.