3-5 avqust tarixlərində Şəki şəhər Uşaq İncəsənət Məktəbində 9-15 yaşlı uşaqlar üçün “Yay məktəbi” layihəsi keçiriləcək.

Postxronika.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, incəsənətə marağını artırmaq, rəqəmsal və bədii bacarıqlarını təkmilləşdirmək, həmçinin onların asudə vaxtının səmərəli təşkili üçün yaradıcı və öyrədici mühit formalaşdırmaqdır.

Layihə çərçivəsində iştirakçılar rəqəmsal bacarıqlar, fortepiano, rəssamlıq, heykəltaraşlıq, ədəbiyyat və rəqs istiqamətləri üzrə ustad dərslərində iştirak edəcəklər. Bununla yanaşı, uşaqlar açıq havada təşkil olunacaq yaradıcı oyunlara qoşulacaq, layihə müddətində hazırladıqları əl işlərini isə yekun sərgidə nümayiş etdirəcəklər.