ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləsiz tədarükü məsələsini müzakirə edib.
Postxronika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəddən məlum olduğu kimi, onlar "regional sabitlik və rifah üçün enerji təhlükəsizliyinin, o cümlədən Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə Qazaxıstan neftinin etibarlı və fasiləsiz ixracının əhəmiyyətini müzakirə ediblər".