Ermənistan hökuməti növbədənkənar parlament seçkilərinin yekunlarına əsasən yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə əlaqədar avqustun 2-də istefa verəcək.

Postxronika.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında məlumat verib.

​O, bildirib ki, bazar günü Nazirlər Kabineti səlahiyyətlərinə xitam verəcək və bu, hazırkı heyətlə sonuncu iclasdır.

​"Qanunvericiliyə əsasən, parlamentin yeni tərkibdə ilk iclası günü köhnə hökumət istefaya gedir. Bundan sonra Ermənistan Prezidenti parlamentdə çoхluq təşkil edən partiyanın namizədini baş nazir postuna təyin edəcək", — deyə Paşinyan vurğulayıb.

​Qeyd edək ki, keçirilmiş parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası qələbə qazanaraq yeni hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib.