"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA-nı (Sofiya) məğlub edəcəyi təqdirdə növbəti raundda İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə qarşılaşacaq.

Postxronika.az xəbər verir ki, bu, İsrail təmsilçisinin II təsnifat mərhələsinin hər iki oyununda Moldovanın "Şerif" klubunu məğlub etməsindən (5:0, 1:0) sonra dəqiqləşib.

Bununla da "Makkabi" iki oyunun nəticəsinə əsasən 6:0 hesablı ümumi qələbə qazanaraq III təsnifat mərhələsinə yüksəlib və ÇSKA – "Qarabağ" cütünün qalibini gözləməyə başlayıb.

Qeyd edək ki, ÇSKA ilə "Qarabağ" arasında cavab görüşü bu gün Bakı vaxtı ilə saat 22:00-da Bolqarıstanda keçiriləcək. Tərəflər arasında Bakıda baş tutan ilk qarşılaşmada hesab açılmayıb.