Ermənistandan edilən idxalın dayandırılması və ya əvəzlənməsi Rusiya Federasiyası üçün hər hansı bir çətinlik törətməyəcək.
Postxronika.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib. Nazir Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərə alternativ axtarışları barədə səsləndirdiyi bəyanatı şərh edib.
Reşetnikov vurğulayıb ki, Rusiyanın ümumi xarici ticarət dövriyyəsində Ermənistanın payı olduqca azdır və 0,9 faizi keçmir.
O, həmçinin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan digər ölkələr üçün bu göstəricinin daha da aşağı olduğunu diqqətə çatdırıb.
Rusiya rəsmisinin sözlərinə görə, Ermənistan istehsalı olan malların Aİİ bazarlarına təsiri əhəmiyyətli deyil, bu səbəbdən də onların başqa mənbələrlə əvəzlənməsi asanlıqla baş tutacaq.