Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.

Postxronika.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Afinada Yunanıstan yığması ilə iki qarşılaşma keçirib.

​Millimiz hər iki oyunda 3:1 hesabı ilə qələbə qazanıb.

​Qeyd edək ki, yığmanın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.