"Mərkəzi Asiya – Azərbaycan" formatında birinci sammit oktyabrın 8-də Türkmənistanda keçiriləcək.
Postxronika.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşündə bildirib.
Türkmənistan dövlət başçısının sözlərinə görə, sammitin gündəlik layihəsi artıq hazırlanıb və iştirakçı dövlətlərə təqdim edilib. Sənəd beş əsas istiqaməti — sülh və təhlükəsizlik məsələlərini, siyasi-diplomatik əlaqələri, energetika və nəqliyyat-logistika sahəsində əməkdaşlığı, ətraf mühit və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərini, eləcə də mədəni-humanitar və elmi əlaqələrin genişləndirilməsini əhatə edir.