“Şəfa” komandası yoxlama oyununda “Araz-Naxçıvan” üzərində qələbə qazanıb.
Postxronika.az xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun yardımçı meydanında keçirilib.
Görüş “Şəfa”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandanın heyətində qolları Musa Quel və İsmayıl Zülfüqarlı vurublar.