Bu il Azərbaycan kinosu üçün məhsuldar illərdən biri kimi qiymətləndirilə bilər.
Postxronika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, rejissor Əli İsa Cabbarov deyib.
O bildirib ki, hazırda yeni nəsil kino yaradıcıları formalaşır və onların çəkdiyi filmlər tamaşaçıların diqqətini cəlb edir. Rejissorun sözlərinə görə, yerli televiziya kanallarında Azərbaycan filmlərinin nümayişi də əvvəlki illərlə müqayisədə artıb.
Əli İsa Cabbarov qeyd edib ki, eyni zamanda istehsal olunan filmlərin sayı çoxalır, mövzu və janr baxımından daha geniş çeşid yaranır. Onun fikrincə, bu müxtəliflik Azərbaycan kinosunun inkişaf etdiyini və daha zəngin məzmun qazandığını göstərir.