Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında bu gün qızıl medal uğrunda görüşə çıxacaq.
Postxronika.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü final qarşılaşmasında İran təmsilçisi Benyamin Mayvanla gücünü sınayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışa bu gün yekun vurulacaq.