UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanda MOİK (Sofiya) ilə keçirilən cavab oyununda zədələnən “Qarabağ”ın hücumçusu Zakaria Savonun vəziyyətinə aydınlıq gəlib.
Postxronika.az xəbər verir ki, klubdan verilən məlumata əsasən, aparılan müayinələrdən sonra isveçli futbolçunun sağ bud əzələsində qismən yırtıq aşkarlanıb.
26 yaşlı hücumçunun təxminən 8 həftədən sonra yaşıl meydanlara qayıtmasının gözlənildiyi bildirilib.