Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) ödəniş alətləri üzrə risk əsaslı yeni qaydaların tətbiqi ilə bağlı razılığa gəliblər.

Postxronika.az ABA-ya istinadən xəbər verir ki, yeni yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündəlik maksimum 5 sayda, aylıq isə maksimum 20 min manatadək mədaxil əməliyyatının aparılması nəzərdə tutulur. Həmçinin, hər bir hesaba bağlı yalnız bir ödəniş alətinin təqdim olunması planlaşdırılır.

​Qeyd edilib ki, məxaric əməliyyatlarına hər hansı limit qoyulmur. Şəxsin özünə, yaxın qohumlarına aid əməliyyatlar və müvafiq əsaslandırma təqdim edilən hallarda bu limitlər tətbiq olunmayacaq. Yeni qayda sıravi istifadəçilərin gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək.