Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş verən faciə ilə bağlı bu ölkəyə başsağlığı ünvanlayıb.
Postxronika.az xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında paylaşım edib.
“Pakistanın Bəlucistan əyalətində baş vermiş ölümcül kömür mədəni qəzası nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsiz yerə çatdırılacağına ümid edirik”, - deyə paylaşımda qeyd edilib.