Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə nəqliyyat vasitələrini qanunsuz ələ keçirən iki nəfər saxlanılıb.

Postxronika.az xəbər verir ki, N.Koroğluyev müştərinin avtoyuma məntəqəsinə etibar etdiyi “MG” markalı avtomobili icazəsiz idarə edərək aparmaqda şübhəli bilinir. Digər analoji hadisədə isə yaşadığı binanın həyətində park edilmiş “VAZ-2106” markalı maşını qaçıran A.Zeynalov ələ keçirilib.

​Müəyyən olunan hər iki nəqliyyat vasitəsi sahiblərinə təhvil verilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.