Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə cari mövsüm başlayandan bu günədək ölüm faktı baş verməyib.
Postxronika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dalğıc-xilasedicilər qeyd olunan müddətdə sudaboğulma təhlükəsi yaşayan 55 nəfərin həyatını xilas ediblər. Parallel olaraq, xilasedicilər nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin nəşini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Nazirlik bir daha vətəndaşlara müraciət edərək onları çimərlik üçün nəzərdə tutulmayan, nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.