Bakıda yol infrastrukturunun yenilənməsi istiqamətində genişmiqyaslı təmir işləri davam etdirilir.

Postxronika.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən paytaxtın 12 inzibati rayonu üzrə ümumilikdə 110-a yaxın küçə və prospektdə təmir işləri həyata keçirilir.

Məlumata görə, proqram çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulub.

Hazırda 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb, daha 10-a yaxın yol sahəsində işlər davam etdirilir. Digər ünvanlarda isə işlər mərhələli şəkildə həyata keçiriləcək.

AAYDA bildirir ki, təmir işlərinin yay mövsümündə aparılması şəhərdə nəqliyyatın hərəkət intensivliyinin azalması ilə əlaqədardır. Bu, həm sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə, həm də işlərin daha operativ və səmərəli icrasına imkan yaradır.