İran ABŞ Prezidenti Trampın açıqlamasına etiraz etdi.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, İran ABŞ ilə hər hansı danışıqların aparılmadığını və yaxın vaxtlarda görüş planlaşdırılmadığını bəyan edib.
İranın bu açıqlaması ABŞ Prezidenti Donald Trampın ölkələr arasında həmin gün danışıqların keçiriləcəyini bildirməsindən sonra verilib. Tramp məhz bu təmasları əsas gətirərək İrana qarşı planlaşdırılan hücumları dayandırdığını açıqlamışdı.
İran rəsmiləri isə Vaşinqtonla hazırda heç bir danışıqların aparılmadığını vurğulayaraq ABŞ prezidentinin bəyanatını təkzib ediblər.
Reuters qeyd edir ki, Tramp son beş ay ərzində bir neçə dəfə İrana qarşı "kütləvi hücumlar" barədə xəbərdarlıq etsə də, son anda bu planlardan geri çəkilib.
Atabəy Abbaszadə