Serbiya və İsveç də İnfantinonun yenidən seçilməsinə dəstəyi geri götürdü

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Serbiya, İsveç və Uels futbol federasiyaları FIFA prezidenti Canni İnfantinonun yenidən seçilməsi ilə bağlı dəstəklərini geri götürüblər.

Məlumata görə, İngiltərə Futbol Assosiasiyasının da yaxın vaxtlarda oxşar addım atacağı gözlənilir.

FIFA rəhbərinə qarşı narazılıq onun Dünya Çempionatı ilə bağlı yeni qurumun səhmlərinin bir hissəsinin özəl investorlara satılması planının uğursuzluğa düçar olmasından sonra daha da güclənib.

Reuters qeyd edir ki, FIFA Dünya Çempionatı da daxil olmaqla beynəlxalq turnirləri idarə edəcək yeni qurumun təxminən 20 faiz payını satmaqla özəl investorlardan 4,2 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırırdı. Lakin təşəbbüs maraqlı tərəflərin ciddi etirazı səbəbindən ötən həftə geri çəkilib.

Buna baxmayaraq, İnfantinonun 2027–2031-ci illər üçün FIFA prezidenti vəzifəsinə yenidən namizədliyini irəli sürmək niyyətində olduğu bildirilir.

Atabəy Abbaszadə