Vaşinqton strateji xammal ehtiyatlarının təmin edilməsi istiqamətində fəaliyyətini genişləndirir.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bu həftə mədən sənayesi rəhbərləri ilə keçiriləcək xüsusi toplantıda iştirak edəcəyi gözlənilir.

Görüşdə enerji, müdafiə sənayesi və yüksək texnologiyalar üçün vacib hesab olunan kritik mineralların tədarükünün artırılması məsələlərinin müzakirə ediləcəyi bildirilir.

ABŞ administrasiyası son dövrlərdə bu sahədə xarici asılılığın azaldılmasını prioritet istiqamətlərdən biri elan edib.

Atabəy Abbaszadə