“Azərbaycan Mədəniyyəti-2040” Mədəniyyət Konsepsiyasına uyğun olaraq təşkil edilən regionun ən böyük kitab festivalı — 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Postxronika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” fəlsəfəsinə həsr olunub. Layihənin əsas məqsədi uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, mütaliəyə marağı artırmaq və onları faydalı vərdişlərə yönəltməkdir.
Tədbir ənənəvi olaraq zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çoxsaylı yerli və əcnəbi nəşriyyatları, poliqrafiya müəssisələrini, kitab evlərini və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirir.
Dünyaca tanınmış yazarların və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatlı təqdimatlar, müəllif hüququ sahibləri ilə görüşlər və 7 gün davam edəcək ədəbi-bədii proqram sərgini ilin ən gözlənilən mədəniyyət hadisəsinə çevirir.
Hazırda layihəyə qeydiyyat davam edir. Tədbirə iştirakçı kimi qatılmaq istəyənlər bakubookfair@culture.az elektron poçt ünvanına müraciət edə bilərlər. Oxucular isə sərgidə ziyarətçi qismində iştirak edə biləcəklər.