Texnologiya sektorunda müsbət maliyyə nəticələri və ABŞ–İran münasibətlərində gərginliyin azalacağına dair gözləntilər Asiya maliyyə bazarlarında optimizmi gücləndirib.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın "Nikkei" indeksi 33,5 faiz, Cənubi Koreyanın əsas birja göstəricisi isə 4,3 faiz artıb. Çin bazarlarında da yüksəliş qeydə alınıb.
Analitiklərin fikrincə, süni intellekt texnologiyalarına yatırımların davam etməsi investorların texnologiya şirkətlərinə marağını artırır. Bununla yanaşı, ABŞ və İran arasında diplomatik təmaslarla bağlı nikbin gözləntilər enerji bazarına da təsir edib.
Brent markalı neftin qiyməti 79 dollardan aşağı düşüb, ABŞ-ın WTI markalı nefti isə 75 dollar ətrafında ticarət olunub. Neftin ucuzlaşması inflyasiya risklərini zəiflədərək istiqraz bazarlarında gəlirliliyin azalmasına səbəb olub.
Ekspertlər bildirirlər ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini yaxın aylarda artırmaq ehtimalı da əvvəlki dövrlə müqayisədə azalıb. Bu isə qlobal maliyyə bazarlarında müsbət əhval-ruhiyyəni dəstəkləyən əsas amillərdən biri hesab olunur.
Atabəy Abbaszadə